Tokio Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı açıqlanıb- RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, tarix Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı vasitəsi ilə açıqlanıb.

Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarış iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə 140 milyon avro ayırıb

Sonrakı məqalə

Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlanıb