Tokioda qatarların hərəkəti dayanıb

Elektrik təchizatında yaranan problemlə əlaqədar Tokioda bir neçə dəmir yolu xəttində qatarların hərəkəti dayanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəmir yolunun operatoru “JR East” şirkəti ən çox qatarın hərəkət etdiyi “Yamanote” dairəvi xətti daxil olmaqla, 8 dəmir yolu xəttində qatarların hərəkətinin dayandığını açıqlayıb.
İlkin məlumata görə, Yaponiya paytaxtında elektrik təchizatında yaranan problemin səbəbi Saytama əyalətindəki yarımstansiyada baş verən yanğındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şərq və Qərbin ədəbi əlaqəsini araşdıran ilk alim –

Sonrakı məqalə

Prezident İlham Əliyev Xocavənd sakinləri ilə görüşüb –