Toni Bleyr Fələstinə getdi

Fələstin Dövlət Başçı Köməkçisi Hüseyn əş-Şeyx Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyrlə Ramallahda görüş keçirib. AzPost xəbər verir ki, görüş barədə məlumat dövlət rəsmisi tərəfindən sosial media hesabında paylaşılıb.

Əş-Şeyxin açıqlamasına görə, söhbət zamanı Bleyrlə yanaşı adı açıqlanmayan ABŞ hökumət nümayəndəsi də iştirak edib. Tərəflər Qəzza zolağı və işğal altında olan İordan çayının qərb sahilindəki son vəziyyəti dəyərləndirib. Görüşdə həmçinin fələstinlilərin öz müqəddəratını təyin etmə hüququ və müstəqil dövlət qurmaq üçün yaranmış şərait müzakirə olunub.

Məlumatda o da qeyd olunub ki, danışıqlara Fələstin Baş Kəşfiyyat İdarəsinin rəhbəri general Məcid Fərəc, Dövlət Başçısının diplomatik müşaviri Məcdə əl-Xəlidi və Prezident Administrasiyasının sözçüsü Nabil Əbu Rudeyne də qatılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.