“Toplum TV” işi üzrə ilkin istintaq bitdi – Məhkəmə başlayır

Toplum TV
Toplum TV

“Toplum TV” işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə “Qafqazinfo”ya vəkil Rəsul Cəfərov məlumat verib.

Təqsirləndirilən şəxslər və vəkillər hazırda verilmiş yekun ittihamlarla tanış olurlar. Yaxın vaxtlarda iş üzrə məhkəmə araşdırması başlayacaq.

Qeyd edək ki, təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına 6 maddə ilə yekun ittiham elan edilib.

Bunlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir.

Eyni ittihamlar Toplum TV işi üzrə başqa təqsirləndirilənlərə – Ruslan İzzətli, Akif Qurbanov və digərlərinə də aiddir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.