Tovuzda “Bakı-Ceyhan” kəməri yaxınlığında qazıntı aparan 8 şübhəli şəxs saxlanılıb

Tovuz rayon Aşağı Mülkülü kənd ərazisində “Bakı Supsa” ixrac boru kəmərindən 100 metr  və “Bakı- Tbilisi -Ceyhan” əsas ixrac neft boru kəmərindən 300 metr aralı mühafizə zonasında 8 nəfər şübhəli şəxs saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu şəxslər sentyabrın 10-da gecə saat 02.55 radəlində 3 ekskavator, 2 KamAZ-la markalı yük maşınının kömyəi ilə istismardan çıxmış istifadə olunmayan 30 ədəd sink boruları torpağın altından çıxararaq maşına yükləyən zaman Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Bu şəxslər barəsində akt tərtib olunub və 8 nəfər Tovuz rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.

Faktla əlaqədar Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.