Tovuzda bir ay əvvəl itin dişlədiyi məktəbli xəstəxanada ölüb

İtlər
İtlər

Tovuz sakini Bakıda xəstəxana ölüb.

APA-nın verdiyi məlumata görə rayon sakini olan 10 yaşlı oğlanı təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.