Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı –Yanıq xəsarətləri aşkar edilib

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

Azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.

Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.

Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir