Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 36 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
**
Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
AzPost APA-ya istinadən bildirir ki, 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Son məlumata görə, Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 20 nəfərə çatıb.
Zəhərlənənlər arasında azyaşlıların da olduğu bildirilir.
Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.