Tovuzda şəhid olan hərbçimiz Ağstafada dəfn olunub

16 İyul 2020 - 18:02

İyulun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən aktiv döyüş əməliyyatlarında şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu dəfn edilib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, şəhid hərbçi doğulduğu Ağstafa rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.