Toyota əyləc problemi olan yarım milyon avtomobili təmirə göndərəcək.
Azpost.info bildirir ki, Yaponiyanın ən böyük avtomobil konserni “Toyota Motor” təxminən 580 min avtomobili əhatə edəcək servis kampaniyası keçirmək qərarına gəlib. Bu barədə Yaponiyanın NHK portalı yazır.
Avtomobillərdə əyləcin sıradan çıxmasına və nəticədə yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək təhlükəli istehsal qüsuru aşkar edilib.
Problemli pedal boltları olan avtomobillərin modelləri və onların istehsal illəri hələ dərc olunmayıb. Məlumdur ki, hələlik söhbət yalnız daxili bazarda satılan avtomobillərdən gedir.
Son altı ay ərzində Toyota ciddi problemlərə görə bir neçə dəfə avtomobillərini geri çağırıb. İyul ayında ehtiyat təkəri qopa bilən 2023-cü ilin “Tundra” və “Sequoia” pikaplarla bağlı müraciət edib. Eyni ayda pis qaynaq edilmiş kabellərə görə, dünya üzrə 100 mindən çox Toyota və Lexus geri çağrılıb.
Azpost.info