Toyuq şorbası yeyən uşaq ölümdən döndü

Moskvada dörd yaşlı uşaq toyuq şorbası yeyərkən boğularaq ölümdən dönüb. AzPost MK-ya istinadən xəbər verir ki, toyuq şorbasından çıxan sümük onun bronxlarına ilişib.

Nahar zamanı uşaq stulda əyilib danışırmış. Birdən öskürməyə və rəngi solmağa başlayıb. Qorxuya düşən valideynlər təcili yardım çağırıblar.

Körpə xəstəxanaya aparılıb. Çətinliklə nəfəs alan uşaq təcili bronxoskopiya olunub. Müayinə zamanı sol bronxda iri toyuq sümüyü parçası (təxminən 1,5 sm) olması aşkar edilib.

Sümük hər öskürəkdə selikli qişanı cızıb, şiddətli ağrıya səbəb olub. Həkimlər yad cismi tez bir zamanda çıxararaq körpənin həyatını xilas ediblər.

Həkimlər bildirib ki, vaxtında müdaxilə olunduğu üçün uşaq sağ qalıb. Toyuq şorbası sümüyünün ölçüsü isə kifayət qədər idi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.