“Trabzonspor” azarkeşləri “Fənərbağça” futbolçularına hücum edib –VİDEO

Türkiyə Superliqasının 30-cu turunda “Fənərbağça”nın “Trabzonspor”u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.

Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən “sarı-lacivərd”lərin futbolçularına hücum ediblər.

“Trabzonspor” tərəfdarları ilə “Fənərbağça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.

Qeyd edək ki, hazırda “Fənərbağça” 79 xalla ikinci pillədə qərarlaşıb. “Trabzonspor” isə 49 xalla üçüncü sıradadır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.