Ağ ev ABŞ Prezidenti Donald Trampın prezidentliyinin 100 günü ilə bağlı ölkə daxilində əldə olunmuş nailiyyətləri açıqlayıb.
Tramp 100 gün ərzində ölkədə 345 min yeni iş yerləri yaradıb və bunların 188 mini qeyri-hökumət sektoruna aiddir. Qeyd olunur ki, ölkədə bu müddətdə benzin və enerji qiymətlərində azalma iqtisadiyyatın digər sektorlarına da əhəmiyyətli dərəcədə təsir göstərib.
Məlumata əsasən, Tramp administrasiyası işə başlayandan bu yana ABŞ-a həm xarici ölkələr, həm də özəl şirkətlər tərəfindən ən azı 5 trilyon dollarlıq yeni investisiya qoyuluşu vəd edilib.
Vəzifəyə gəldikdən sonra Prezident Tramp Bayden dövründə qoyulmuş bütün yekunlaşmamış qaydaları dərhal dayandırıb və ölkə 180 milyard dollardan çox qənaət edib. O, yaşayış səviyyəsini artıran əvvəlki federal qaydaları geri qaytarmaq üçün addımlar atıb.