“Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi fonunda Avropa ölkələrinin öz maraqlarının qorunmasına daha çox diqqət yetirmələri vacibdir. Çünki Tramp Amerika xalqının maraqlarını müdafiə edəcək”.
Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Aİ-də bizim Donald Trampın seçilməsinin yaxşı və ya pis olduğunu şərh etməsinə ehtiyac yoxdur. O, ABŞ xalqı tərəfindən seçilib və o, Amerika xalqının maraqlarını müdafiə edəcək. Bu, yaxşı və qanunidir. Sual olunur ki, biz avropalıların maraqlarını müdafiə etməyə hazırıqmı? Fikrimcə, bu, bizim üçün prioritet vəzifədir”, – Makron bildirib.
Makron qeyd edib ki, Avropanın maraqlarını qorumaq nə transatlantik əlaqələri gücləndirməklə, nə də ittifaqları dağıtmaqla və millətçiliyə sürüşməklə qurulmalıdır. Çünki bu, Çin və ya ABŞ-la rəqabət aparmağa kömək etməyəcək.
Fransa lideri sammit iştirakçılarını geosiyasi cəhətdən yoxa çıxmamaq üçün ayılmağa və milli və Avropa səviyyəsində, xüsusilə enerji sektorunda strateji muxtariyyətin artırılması istiqamətində çalışmağa çağırıb.
Azpost.info