Tramp Avropa İttifaqını 50 faiz vergi ilə təhdid edib

Ticarət sahəsində ABŞ üzərində üstünlük əldə etmək məqsədilə yaradılmış Avropa İttifaqının öhdəsindən gəlmək çox çətin olub.

Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Aİ-nin güclü ticarət, qeyri-monetar ticarət maneələri, ƏDV-ləri, gülünc korporativ cəzaları, pul manipulyasiyaları, ABŞ şirkətlərinə qarşı ədalətsiz və əsassız məhkəmə iddiaları ABŞ-da ildə 250 milyon dollardan çox ticarət kəsirinə gətirib çıxarıb.

“Onlarla müzakirələrimiz heç bir yerə getmir. Buna görə də mən 2025-ci il iyunun 1-dən başlayaraq Avropa İttifaqına birbaşa 50 faiz tarif tətbiq etməyi tövsiyə edirəm. Əgər məhsul ABŞ-da istehsal edilibsə, heç bir tarif olmayacaq”, – deyə Tramp əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.