ABŞ prezidenti Donald Tramp Avropaya yeni komandan təyin edib.
Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tramp NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı və ABŞ-nin Avropa Komandanlığının rəhbəri vəzifəsinə general Aleksus Qrinkeviçin namizədliyini irəli sürüb.
Qeyd edilir ki, Qrinkeviç əvvəllər Birləşmiş Qərargah Rəislərinin Əməliyyatlar üzrə direktoru vəzifəsində çalışıb.