Avstraliyanın Hörmüz boğazının açılmasına kömək etmək üçün hərbi gəmilər göndərməməsi ABŞ prezidentini təəccübləndirib.
Azpost.info bildirir ki, Donald Tramp bu barədə Sky News Australia-ya verdiyi müsahibədədeyib.
ABŞ prezidenti cümə günü Vaşinqtonda Yaponiya, Cənubi Koreya və Avstraliyada nəyi bəyənmədiyi soruşulduqda “onlar müdaxilə etməlidirlər və mən onların “yox” deməsinə təəccübləndim, çünki biz həmişə “bəli” deyirik”.
Bu həftənin əvvəlində ABŞ prezidenti Yaponiya, Avstraliya və Cənubi Koreyanı ABŞ-İsrail əməliyyatı fonunda Fars körfəzinə hərbi gəmilər göndərməyəcəklərini bəyan etdiklərinə görə tənqid edib.
O, həmçinin NATO-nu tənqid edərək, ittifaq üzvlərini Hörmüz boğazının “açılmasına” kömək etməkdən imtina etdiklərinə görə “qorxaq” adlandırıb.
Avstraliyanın Baş naziri Entoni Albanese şənbə günü bildirib ki, Avstraliya istədiyi dəstəyi verib və ABŞ prezidentindən heç bir sorğu almayıb.