Tramp Baydenə söz atdı:"Putinlə görüşdə yatma"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp varisi Co Baydendən Rusiya lideri Vladimir Putinlə görüşdə yuxuya getməməsini xahiş edib.

“RİA Novosti” xəbər verir ki, o, Baydendən Putinə ən xoş arzularını çatdırmasını istəyib.

“Prezident Putinlə danışıqlarda Baydenə uğurlar. Görüşdə yuxulama və xahiş edirəm, ona (Putinə – Red.) ən xoş arzularımı çatdır”, – Tramp belə deyib.

Seçki kampaniyası dövründə ABŞ-ın keçmiş prezidenti öz rəqibini dəfələrlə “yuxulu Co” adlandırırdı.

Putin və Bayden arasındakı görüş 16 iyun tarixində Cenevrədə baş tutacaq. Kremlin bildirdiyinə görə, prezidentlər Rusiya-Amerika münasibətlərini, strateji sabitliyi, eləcə də COVID-19-a qarşı mübarizə və regional münaqişələrin həlli məsələlərini müzakirə etmək niyyətindədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ prezidenti Bayden və Britaniyanın baş naziri görüşüb

Sonrakı məqalə

ABŞ İranın 3 sabiq rəsmisinə qarşı sanksiyaları ləğv edib