Tramp Baydenin Rusiyaya qarşı fövqəladə vəziyyət qərarını uzadıb

Prezident Donald Tramp sələfi dövlət başçısı Co Baydenin Rusiyanın “zərərli hərəkətləri” ilə əlaqədar elan etdiyi fövqəladə vəziyyəti daha bir il uzatmaq qərarına gəlib.

AzPost bildirir ki, bu barədə ABŞ Federal Reyestrinin saytında məlumat verilib.

10 aprel tarixli sənəddə deyilir: “Mən 14024 saylı İcra Sərəncamı ilə elan edilmiş milli fövqəladə vəziyyətin müddətini bir il uzadıram”.

ABŞ Maliyyə Nazirliyinin saytında bildirildiyi kimi, 14024 saylı İcra Sərəncamı ABŞ-da fövqəladə vəziyyət elan edir, buna əsasən Vaşinqton “Rusiya Federasiyasının bəzi zərərli xarici hərəkətlərinə şərait yaradan şəxslərə və təşkilatlara qarşı” sanksiyalar tətbiq edə bilər. Press-relizdə vurğulanır ki, bu fövqəladə vəziyyət Ukraynadakı böhranla əlaqəli deyil.

Bayden 15 aprel 2021-ci ildə fövqəladə vəziyyət elan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.