ABŞ prezidenti Donald Tramp bazar ertəsi Vladimir Putinə zəng vuracaq.
AzPost bildirir ki, bu barədə Tramp məlumat verib.
Putindən sonra isə Ukrayna prezidenti Zelenskiyə zəng edəcəyini bildirib.
Putinə zəng Moskva vaxtı ilə saat 17:00-a planlaşdırılıb.
“Bazar ertəsi saat 10:00-da Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağam.
Söhbətin mövzusu həftədə orta hesabla 5000-dən çox rus və ukraynalı əsgərin ölümünə səbəb olan qan tökülməsinə son qoyulması, eləcə də ticarət məsələləri olacaq. Sonra Ukrayna prezidenti Zelenski ilə, sonra isə NATO-nun müxtəlif üzvləri ilə danışacağam. Ümid edirəm bu məhsuldar gün olacaq, atəşkəs olacaq və heç vaxt baş verməməli olan bu çox amansız müharibə bitəcək”-deyə Tramp qeyd edib.