Tramp Belarus prezidenti Lukaşenko ilə danışdı –"Söhbətimiz çox yaxşı keçdi"

Tramp
Tramp

ABŞ lideri Tramp Belarus prezidenti Lukaşenko ilə telefon danışığı aparıb.

AzPost bildirir ki, bu barədə Tramp paylaşımında bəyan edib.

“Belarusun çox hörmətli prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək olub. Biz daha 1300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik. Söhbətimiz çox yaxşı keçdi. Biz bir çox mövzuları, o cümlədən prezident Putinin Alyaska səfərini müzakirə etdik. Mən gələcəkdə prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm”-deyə Tramp yazıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.