Tramp bu gün Ukrayna ilə bağlı yeni planını açıqlayacaq

Tramp
Tramp

ABŞ prezidenti Tramp bu gün Ukrayna ilə bağlı yeni planını açıqlayacaq.

AzPost bildirir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Tramp bazar ertəsi Ukraynanı hücum silahları ilə silahlandırmaq üçün yeni planını açıqlayacaq.

Nəşrin mənbələrinə görə, tədarüklərə Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada olan hədəflərə çata bilən uzaqmənzilli raketlər daxil olacaq.

Tramp deyib ki, ABŞ Ukraynaya daha çox Patriot verəcək.

“Hələ rəqəmlə razılaşmamışam. Lakin onların bir neçəsi olacaq, çünki onların müdafiəyə ehtiyacı var. Amma Avropa İttifaqı bunun əvəzini ödəyir… Biz onlara təcili ehtiyac duyduqları Patriotları göndərəcəyik”, – ABŞ prezidenti bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.