Tramp Cənubi Koreyadan tibbi avadanlıqlar istəyib –Koronavirusla mübarizə üçün

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Mun Çje-İn arasında telefon danışığı olub.

“Wall Street Journal”-ın verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Donald Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyanın mümkün olduğu təqdirdə ABŞ-a tibbi avadanlıqlar göndərməsini xahiş edib. Lakin Cənubi Koreya Prezidentinin mətbuat xidməti Donald Trampın hansı tibbi avadanlıqların göndərilməsini istədiyini açıqlamayıb. Ağ Ev iki prezident arasında telefon danışığının baş tutduğunu təsdiqləsə də digər detallar barədə məlumat verməyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə aktiv koronavirus xəstələrinin sayı 76 nəfərdir –

Sonrakı məqalə

İstifadə olunmayan pay torpaqları yenidən dövriyyəyə qaytarılacaq