Tramp daha bir qudasına vəzifə verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp digər qudasını da vəzifəyə təyin edib. 

Azpost.info bildirir ki, Tramp bu gün “Truth” sosial şəbəkəsində paylaşımında bildirib ki, livan mənşəli amerikalı iş adamı Massad Boulos ərəb və Yaxın Şərq məsələləri üzrə baş məsləhətçi vəzifəsində çalışacaq.

Reuters yazır ki, Trampın qızı Tiffaninin qayınatası Boulos seçki kampaniyası zamanı ərəb-amerikan və müsəlman liderlərlə dəfələrlə görüşüb.

Bundan əvvəl Tramp böyük qızı İvankanın qayınatası Çarlz Kuşnerin namizədliyini ABŞ-ın Fransadakı səfiri vəzifəsinə irəli sürüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.