Prezident Putin mənə Ermənistan və Azərbaycanla bağlı dedi: “İnana bilmirəm ki, siz bu müharibəni həll etdiniz. Mən 10 ildir bu münaqişəni həll etməyə çalışıram”.
Donald Tramp bu fikirləri prezidentliyə başlamasının bir illiyi münasibətilə keçirdiyi brifinqdə səsləndirib.
O qeyd edib ki, hər iki ölkə uzun illər müharibə vəziyyətində olub.
“Mən hər iki ölkənin liderini Oval Ofisə çağırdım. Biri bir tərəfdə, o biri digər tərəfdə oturmuşdu. Təxminən bir saat ərzində bir-birinin yanında oldular və biz yekunlaşdırana qədər onlar bir-birlərinə sarıldılar. Bu, böyük bir sülh oldu”,- deyə Tramp əlavə edib.