Avropa Parlamenti prezident Trampın Qrenlandiya ilə bağlı iddialarına görə, ABŞla ticarət müqaviləsi üzrə səsverməni bloklayıb.
AzPost bildirir ki, bu barədə AFR məlumat yayıb.
Avropa Parlamenti ötən ilin iyul ayında Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında əldə edilən Aİ-ABŞ ticarət müqaviləsi üzrə işləri dayandırır. Bu barədə AFP agentliyi parlamentin ticarət komitəsinin sədri Bernd Lanqeyə istinadən məlumat yayıb.
Lanqe bildirib ki, müqavilənin imzalanması Trampın Qrenlandiya iddialarına qarşı çıxan Avropa ölkələrinə tarif tətbiq etməklə bağlı təhdidləri ilə dayandırılıb.