Tramp hərbi büdcəni artırdı və 66 beynəlxalq təşkilatdan çıxdı

Prezident Tramp ABŞ hərbi büdcəsinin 1,5 trilyon dollara qədər artırıldığını elan edib.

AzPost bildirir ki, Trampın sosial media platforması TruthSocial-da verdiyi açıqlamaya görə, əlavə vəsait ona “Arzular Ordusu”nu qurmağa və ABŞ-ın hər hansı bir təhdiddən müdafiəsini təmin etməyə imkan verəcək.

Tramp qeyd edib ki, müdafiə xərclərinin artması digər ölkələrə tətbiq edilən tariflər, eləcə də onların ABŞ büdcəsinə gətirdiyi yüksək gəlirlər sayəsində mümkün olub.
“Senatorlar, konqresmenlər və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra mən belə bir nəticəyə gəldim ki, 2027-ci il hərbi büdcəsinin 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olması millətimizin xeyrinədir”, – deyə o yazıb.

Ölkənin 2025-ci il üçün müdafiə büdcəsi də rekord səviyyədə – 895 milyard dollar olub.

Həmçinin, Ağ Evin 7 yanvarda elan etdiyi kimi, Prezident Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatdakı üzvlüyünə xitam verən bir memorandum imzalayıb. Siyahıdakı digər təşkilatlar arasında kütləvi qırğın silahlarının yayılmamasını təşviq etmək üçün yaradılmış Ukrayna Elm və Texnologiya Mərkəzi, Venesiya Komissiyası, BMT Baş katibinin Uşaqlara qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi, BMT Demokratiya Fondu və digərləri var.

ABŞ Dövlət Katibi Marko Rubio verdiyi açıqlamada bildirib ki, Tramp administrasiyası ölkənin üzvlüyünü dayandırdığı təşkilatları “israfçı, səmərəsiz, zərərli”, “pis idarə olunan”, “artıq” və ya “milli suverenliyimizə, azadlıqlarımıza və ortaq rifahımıza təhdid” hesab edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.