Tramp Hindistana səfərini ləğv edib

Tramp
Tramp

ABŞ Prezidenti Donald Tramp bu payızda keçiriləcək QUAD sammiti üçün Hindistana nəzərdə tutulan səfərini ləğv edib.

Bu barədə “The New York Times” dövlət başçısının iş qrafiki ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp əvvəlcə Hindistanın baş naziri Narendra Modini sammitdə iştirak edəcəyinə dair məlumatlandırıb, lakin sonradan “planlarını yenidən nəzərdən keçirib”. Qərarın səbəbləri açıqlanmayıb.

Nəşr əlavə edir ki, hazırda Modi Amerika lideri tərəfindən “kənar adam” kimi qəbul olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.