Tramp İrana 30 milyard dollar verəcəyi barədə xəbəri təkzib edib –"Bu insanlar xəstədir!"

Tramp
Tramp

Tramp ABŞ-ın uranın zənginləşdirilməsindən imtina etməsi şərti ilə İrana dinc nüvə proqramını inkişaf etdirmək üçün təqribən 30 milyard dollar verməyi planlaşdırdığı barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

AzPost bildirir ki, NBC News daha əvvəl məlumat vermişdi ki, Tramp administrasiyası uranın zənginləşdirilməsini dayandırması müqabilində İran üçün iqtisadi təşviq imkanlarını araşdırır.

Lakin Tramp özü bu məlumatı təkzib edərək, onu yayan insanları “xəstə” adlandırıb.

“Saxta mediada kim deyir ki, prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir? Bu gülünc ideyanı heç eşitməmişdim. Bu, məni alçaltmaq üçün növbəti saxta media hiyləsidir. Bu insanlar xəstədir!” – Amerika prezidenti Truth Social-da yazıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.