Tramp İrana müdaxilə üçün aksiyaların qiymətləndirilməsini istəyib

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İrandakı etirazçıları dəstəkləmək üçün tədbirlər barədə ətraflı brifinqi olacaq.

AzPost bildirir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat verib. Məlumata görə, bu tədbirlərə onlayn müxalifət resurslarının stimullaşdırılması, kiberhücumlardan istifadə, əlavə sanksiyaların tətbiqi və hərbi zərbələr daxildir.

Donald Tramp müşavirlərinə mümkün Amerika müdaxilə variantları barədə yekun qərar verməzdən əvvəl İranda davam edən etirazların gücünü və davamlılığını, o cümlədən hökuməti devirmək və ya sabitliyi pozmaq üçün kifayət qədər impuls olub-olmadığını qiymətləndirməyi tapşırıb.

Bir sıra məlumatlara görə, İranla sərhəddə İraq səmasında ABŞ Hərbi Hava Qüvvələrinin hücum vertolyotlarının yüksək aktivliyi müşahidə olunub.

İddia olunur ki, Amerika Birləşmiş Ştatları İrana birbaşa müdaxiləyə yaxınlaşır. Donald Trampa iğtişaşların yatırılması nəticəsində etirazçılar arasında kütləvi itkilərə dair “sübut” təqdim edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.