Tramp İrana sabaha planlaşdırılımış hucumu təxirə saldı –Açıqlama: Kimlər xahiş edib?

ABŞ prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin xahişindən sonra İrana qarşı sabah planlaşdırılan hücumu təxirə salacağını açıqlayıb.

Prezident bildirib ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyandan İrana qarşı planlaşdırılan hərbi hücumu dayandırmağı xahiş ediblər.

Bu hücum sabah üçün planlaşdırılırdı.

Tramp bildirib ki, Körfəz liderləri ciddi danışıqların aparıldığını və böyük liderlər və müttəfiqlər kimi onların fikrincə, həm Amerika Birləşmiş Ştatları, həm də Yaxın Şərqdəki və ondan kənardakı bütün ölkələr üçün çox məqbul olacaq bir razılaşma əldə ediləcəyini qeyd ediblər.

“Qeyd etmək vacibdir ki, bu razılaşma İranın nüvəsizləşdirilməsini də əhatə edəcək!” -deyə o, öz platforması olan Truth Social-da yazıb.

“Yuxarıda adı çəkilən liderlərə hörmətimdən irəli gələrək, hərbi nazir Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynə və ABŞ ordusuna sabah İrana planlaşdırılan hücumu həyata keçirməməyi, eyni zamanda məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə istənilən vaxt İrana qarşı tammiqyaslı, hərtərəfli hücuma hazır olmağı tapşırdım.”

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.