Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp İranla bağlı çətin seçim qarşısında –

User 21 İyul 2026 - 11:55 (Last updated: 21 İyul 2026 - 11:55)
tramp kursude

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə yaranmış gərginlik fonunda çətin seçim qarşısındadır. Ağ Ev ya qısamüddətli atəşkəsə razılıq verməli, ya da regionda genişmiqyaslı hərbi əməliyyat ssenarisinə üstünlük verməlidir.

Azpost.info xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, hazırda diplomatik və hərbi dairələr böhranın inkişafı ilə bağlı iki fərqli ssenarini müzakirə edirlər. Variantlardan biri Hörmüz boğazında gəmiçiliyin bərpası məqsədilə 10 günlük atəşkəsin elan edilməsini, digəri isə Tehranın qeyd-şərtsiz geri çəkilməsinə nail olmaq üçün birgə sürətli hərbi əməliyyatın həyata keçirilməsini nəzərdə tutur.

Bildirilir ki, yekun qərar hələ qəbul edilməyib və qarşıdakı saatlar regionun gələcək taleyi baxımından həlledici hesab olunur.

Qətər, Pakistan və Misirin də daxil olduğu beynəlxalq vasitəçilər qrupu tərəflərə 10 günlük atəşkəs layihəsi təqdim edib. Sənədə əsasən, tərəflər hərbi əməliyyatları dayandırmalı, əsas dəniz nəqliyyatı marşrutları yenidən açılmalı və uzunmüddətli danışıqlar prosesinə başlanmalıdır.

Plana görə, Oman ərazi sularındakı cənub dəhlizi hücumlardan qorunmalı, İran sahillərinə yaxın şimal zonasında isə ABŞ-ın dəniz blokadası aradan qaldırılmalıdır.

Məlumata əsasən, Vaşinqton sülh təşəbbüsünü diqqətlə araşdırır və eyni zamanda İsraili diplomatik səyləri təhlükə altına sala biləcək addımlardan çəkinməyə çağırır.

Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) regiona əlavə hərbi qüvvələr, o cümlədən onlarla qırıcı təyyarə və yanacaqdaşıyan hərbi təyyarələr göndərərək istənilən ssenariyə hazırlaşır. İsrail ordusu da sülh təşəbbüsünün uğursuz olacağı təqdirdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Nəşr yazır ki, İordaniyada iranlı qüvvələrin raket zərbəsi nəticəsində ABŞ hərbçilərinin həlak olmasından sonra vəziyyət daha da gərginləşib və bu hadisə Ağ Evin atəşkəs sənədini imzalamasını təxirə salıb.

Məlumata görə, Donald Tramp cavab zərbələrinin kifayət qədər olduğunu hesab edənədək sərt bombardmanların davam etdirilməsi tərəfdarıdır.

İran tərəfi vasitəçilərdən sülh təkliflərini aldığını təsdiqləsə də, rəsmi açıqlama verməyib və mövqelərini gücləndirmək məqsədilə qarşılıqlı zərbələri davam etdirir.

AzPost.az

Post navigation

Previous: Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.