Tramp İranla bağlı qərarını açıqladı –"İki həftə..." /BƏYANAT

Tramp Qəzza planına görə impiçmentlə üzləşib.
Tramp Qəzza planına görə impiçmentlə üzləşib.

ABŞ prezidenti Tramp yaxın iki həftə ərzində ABŞ-ın İrana mümkün hücumu ilə bağlı qərar verəcək.

AzPost bildirir ki, bu barədə  Ağ Evin bəyanatında deyilir.

“ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələr qurmaq şansının olduğuna inanır və iki həftə ərzində ABŞ-ın İrana zərbə vurub-vumayacağına qərar verəcək” -deyə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

Vaşinqton administrasiyasının rəhbərinin sözlərindən sitat gətirib: “İranla yaxın gələcəkdə baş tuta və ya olmaya biləcək danışıqların əhəmiyyətli ehtimalını nəzərə alaraq, mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar verəcəyəm”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.