Tramp İsrail Prezidentini Netanyahunu əfv etməyə çağırdı –"İstəyirəm müharibəyə diqqət yetirsin"

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu Baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.

Bu barədə “Axios”a müsahibə verən ABŞ Prezidenti son bir ildə bu məsələnin həllini tapmamasını rüsvayçılıq adlandırıb.

“Hər gün Netanyahu ilə müharibə haqqında danışıram. İstəyirəm ki, o, məhkəmə işinə deyil, müharibəyə diqqət yetirsin. Ona yeganə təzyiqin İrana qarşı mübarizə olmasını istəyirəm”, – deyə Tramp telefon müsahibəsində bildirib.

Tramp iddia edir ki, Hersoq son bir il ərzində ona beş dəfə Netanyahunu əfv edəcəyini söz verib, lakin yerinə yetirməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.