Tramp Kim Çen Indan danışdı:"Sağ olmasından şadam"

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsinə münasibət bildirib.

Bu barədə Ağ Ev rəhbəri özünün tvitterində yazıb. ABŞ prezidenti bildirib ki, KXDR liderinin ictimaiyyət qarşısına çıxmasına və onun yaxşı olmasına məmnundur. “Şəxsən mən onun qayıtdığını və sağlam olduğunu görməyimə şadam”, – deyə Ağ Ev rəhbəri yazıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In mayın 2-də Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib. Dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Konqresi koronavirus testindən keçmək təklifini rədd edib

Sonrakı məqalə

“Neft bahalaşmasa devalvasiya qərarı qaçılmaz olacaq” –