“Tramp koronavirusun qarşısında “ağ bayraq” qaldırıb” –Baydenlə ABŞ prezidenti yenə söz atışmasına çıxıb

ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden hazırkı dövlət başçısını koronavirusla mübarizədən imtina etməkdə günahlandırıb. Prezident Donald Tramp kampaniya apardığı vaxt keçmiş vitse-prezidenti tənqid edib.

“Donald Tramp mümkün olan ən pis prezidentdir, bizi bu pandemiya yolu ilə aparmağa çalışa biləcək ən pis adamdır” – deyə, Bayden Pensilvaniya ştatının Çester şəhərində bildirib.

Bir neçə saat əvvəl Tramp rəqibini “acınacaqlı bir namizəd” adlandırıb. O deyib ki, Bayden kampaniyasının hesab etdiyi kimi onun administrasiyası koronavirusla müharibədə “məğlubiyyətin ağ bayrağını” qaldırmayıb.

Pensilvaniya ştatındakı Allentun hava limanında jurnalistlərlə danışan Tramp Baydenin “ağ bayrağı həyata qaldırdığını” deyib. ABŞ dövlət başçısı heç vaxt zirzəmisini tərk etməyən Baydenin oradan çıxmalı olduğunu deyib.

Bayden şənbə günü Pensilvaniya ştatında sosial distansiya qaydalarına riayət edərək iki görüş keçirib. Bazar ertəsi günü isə o, Ayova, Viskonsin, Corciya və Florida ştatlarında oxşar tədbirlərdə iştirak edib.

Keçmiş vitse-prezident Trampın ABŞ-da COVID-19 -a yoluxma hallarının sayının getdikcə artdığını inkar etdiyini və vəziyyətin düzəldiyini iddia etdiyinə görə tənqid edib. O deyib ki, prezident həkimlərin daha çox pul qazanmaları üçün rəqəmləri şişirdiklərini bildirib.

“Bu adamla nə baş verir?” , Bayden sual edib.

Bu arada, ABŞ-ın vitse-prezidenti Mayk Pensin yaxın köməkçisinin COVID-19 testi müsbət nəticə verib. Bu barədə vitse-prezidentin ofisinin sözçüsü bildirib. “Bu gün vitse-prezidentin aparatının rəhbəri Mark Şortun COVID-19 testi müsbət nəticələnib, o, karantinə başlayıb və təmasların izlənməsi prosesinə kömək edir”,- Devin O’Malli deyib. O, vitse-prezident Pens və onun həyat yoldaşı Karenin şənbə günü testlərinin mənfi nəticə verdiyini deyib və onların sağlamlıq durumunun yaxşı olduğunu əlavə edib.

ABŞ-da hazırda COVID-19-a yoluxma halları 9 milyona yaxınlaşır. Digər ölkələrlə müqayisədə bu ölkədə ölüm halları da rekord həddə çatıb.

Amerikada virusdan 225 mindən çox adam həyatını itirib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin Qubadlı istiqamətində atıb qaçdığı hərbi texnika və silah-sursatlar –

Sonrakı məqalə

Belarus səfiri Gəncəyə gedib