ABŞ prezidenti Tramp Kuba hakimiyyətini nə qədər gec deyil razılığa gəlməyə çağırıb.
AzPost bildirir ki, bu barədə Tramp sosial şəbəkədə paylaşımında bəyan edib.
“Kuba neçə illərdir Venesuelanın külli miqdarda nefti və pulu hesabına yaşayır. Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna “təhlükəsizlik xidmətləri” göstərib. Amma artıq belə deyil… Artıq Kuba üçün neft və pul verdi yoxdur. Sıfır!”, – deyə Amerika prezidenti yazıb.
O, ABŞ-ın indi Venesuelanı müdafiə edəcəyini vurğulayıb. Tramp əlavə edib ki, Rubionu Kubanın prezidenti təyin etmək əla fikirdir.