Tramp Los-Ancelesi miqrantlardan təmizləməyi əmr edib –Etirazlar kəskinləşir

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərini göndərdikdən sonra Los-Ancelesdə miqrantların etiraz aksiyası kəskinləşib.

AZƏRTAC-ın məlumatına görə, aksiyanı dağıtmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

Yüzlərlə etirazçı Los-Anceles şəhərinin mərkəzindəki Metropolitan təcridxanasının qarşısına toplaşaraq saxlanılan miqrantların azad edilməsini tələb edir. 3 gündür davam edən aksiyalarda saxlananların sayı 100 nəfəri keçib.

ABŞ Prezidenti Donald Tramp departament və agentliklərə Los-Ancelesi miqrantlardan təmizləmək üçün tapşırıq verib.

O bildirib ki, bir vaxtlar böyük Amerika şəhəri olan Los-Ancelesi qanunsuz əcnəbilər və cinayətkarlar zəbt edib.

“İndi zorakı, etirazçı dəstələr bizim deportasiya əməliyyatlarımızı dayandırmaq üçün federal agentlərimizə hücum edirlər. Mən daxili təhlükəsizlik katibi Kristi Noem, müdafiə katibi Pit Heqset və baş prokuror Pam Bondiyə bütün digər aidiyyəti departamentlər və agentliklərlə koordinasiyalı şəkildə Los-Ancelesi miqrant işğalından azad etmək üçün lazım olan bütün tədbirləri görməyə göstəriş verirəm” – deyə Tramp əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.