Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Tramp mənə dedi, nə lazım olsa telefonla əlaqə saxlayaq” –

User 14 Oktyabr 2025 - 14:12 (Last updated: 14 Oktyabr 2025 - 14:12)
erdoqan teyare01

 “Fələstin məsələsinin yeganə həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasıdır”.

AzPost bildirir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan Misirdə keçirilmiş Yaxın Şərq Sülh sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Qəzzada atəşkəslə bağlı imzalanmış saziş barədə danışan Ərdoğan vurğulayıb ki, bu prosesdə razılaşmanın əsl mənasında həyata keçirilməsi çox vacibdir. Girovların və əsirlərin mübadiləsi həlledicidir.

“Müqaviləyə Fələstin məsələsini həll edən sənəd kimi baxmaq yanlışdır. Bu müqavilənin özü atəşkəsdir. Fikrimizcə, Fələstin məsələsinin yeganə həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasıdır. Türkiyə olaraq bunun üçün qətiyyətlə işləməyə davam edəcəyik”- deyə Ərdoğan bildirib.

O, qeyd edib ki, çətin bir proseslə üz-üzəyik. “Hər şeydən əvvəl biz İsrail hökumətinin verdiyi vədləri yerinə yetirməsini təmin etməliyik, çünki İsrailin bu məsələdə təcrübəsi son dərəcə mənfidir. Bu baxımdan inanıram ki, İsrailə, xüsusən də Amerikaya təsir edənlər bundan sonra da lazım olan hər şeyi edəcəklər”.

Ərdoğanın sözlərinə görə, uzun illərdən sonra ilk dəfə olaraq Fələstin məsələsi bəşəriyyətin ortaq gündəminə çıxarılıb: “Türkiyə, ABŞ və digər ölkələr bu atəşkəsi saxlamaqda qərarlıdır. İsrail soyqırıma qayıtsa, bunun bədələni pis ödəyəcəyini bilir. Bunu hər fürsətdə açıqlayırıq. Keçmişdə əldə edilmiş bir çox razılaşmalar kağız üzərində qaldı. İndi məsələ daha güclü və birləşmiş iradəndir. Biz Misirdə keçirilən sammitdə bu ümumi cəhəti bir daha gördük. İnanıram ki, cənab Tramp qabaqcıl olduğu bu prosesi dəstəkləməyə davam edəcək. Bu hadisələr təkcə bizim deyil, həm də ölkələrin, xalqların ümidinə və istəyinə çevrilib. Heç kim keçmişə qayıtmağa razı ola bilməz. Çünki bu atəşkəs icmaların vicdanı və sağlam düşüncəsi ilə təmin edilib”.

Türkiyə prezidenti vurğulayıb ki, ABŞ lideri Tramp bu prosesin əsas iştirakçısı olacaq. O, açıqlamasında bunu dilə gətirib: “Sammitdə son dəfə danışanda ayağa qalxıb dedi ki, bu prosesdə mənim öhdəmə nə düşürsə gəlin telefon əlaqələrimizi yaradaq, bu telefon diplomatiyasına laqeyd yanaşmayaq. Bütün səviyyələrdə görüşlərimizi davam etdirəcəyik. Cənab Trampla qurduğumuz bu diplomatiya çox vacibdir”.

AzPost.az

Post navigation

Previous: Microsoft “Windows 10” proqramına dəstəyi dayandırdı –
Next: Kreml Ukraynada müharibəni davam etdirəcəyini bəyan edib

Oxşar xəbərlər

abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
tramp veto
  • Dünya

Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu

User 06 Noyabr 2026 - 10:46
DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11

xƏBƏR

abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın...
Read more about ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir
Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi azer felstin
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29
Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu tramp veto
  • Dünya

Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu

User 06 Noyabr 2026 - 10:46
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.