“Tramp mənimlə mehribancasına danışdı” –

Venesuela Prezidenti Nikolas Maduronun ABŞ lideri Donald Trampla telefon danışığının təfərrüatları məlum olub.

Reuters“ xəbər verir ki, Maduro 10 gün əvvəl Trampın ona zəng vurduğunu, telefon danışığının hörmət şəraitində və mehriban tərzdə keçdiyini bildirib.

“Əgər bu zəng ölkələrimiz arasında hörmət çərçivəsində dialoqa doğru addım atıldığı mənasına gəlirsə, onda dialoq və diplomatiya müsbət qarşılanır”, – Maduro Venesuela xalqına televiziya vasitəsi ilə müraciətində deyib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Venesuela prezidenti ilə telefonda danışdığını bəyan edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.