Tramp mətbuat konfransında nələri açıqladı? –

Donald Tramp mətbuat konfransında ABŞ-ın Venesuela ilə bağlı növbəti addımlarını açıqlayıb.

AzPost əsas məqamları tqdim edir:

“Neft embarqosu qüvvədə qalacaq və hərbi gəmilər hazır qalacaq. Amerikanın bütün tələbləri yerinə yetirilənə qədər bütün hərbi variantlar istisna edilməyəcək. Bütün Venesuelalı siyasətçilər və hərbi personal Maduro ilə baş verənlərin onların da başına gələ biləcəyini başa düşməlidirlər”, – deyə ABŞ prezidenti bildirib.

Nikolas Maduro və həyat yoldaşı Nyu-Yorka gedən ABŞ hərbi gəmisindədirlər.

ABŞ neft şirkətləri Venesuelaya gələcəklər. “Biz ən böyük Amerika neft şirkətlərinin ölkəyə gəlməsinə, milyardlarla dollar xərcləməsinə, ciddi şəkildə zədələnmiş infrastrukturu bərpa etməsinə və ölkə üçün mənfəət əldə etməyə başlamasına icazə verəcəyik”, – deyə Tramp bildirib.

-Venesuelanın vitse-prezidenti Delsi Rodrigez dövlət katibi Marko Rubio ilə telefonla danışıb və “ABŞ ilə əməkdaşlığa hazırdır”, – deyə Tramp bildirib. Media orqanları əvvəllər Rodrigezin Moskvada olduğunu bildirsə də, Rusiya Xarici İşlər Nazirliyi bunu təkzib edib.

-Tramp Venesuela müxalifət lideri Maria Korina Maçado ilə əlaqə saxlamadığını bildirib. ABŞ prezidentinin sözlərinə görə, onun ölkəni idarə etmək üçün “hörməti və ya dəstəyi” yoxdur.

-Tramp bildirib ki, 1823-cü il Monro Doktrinası “yenidən aktualdır və biz artıq onu görməzdən gəlməyəcəyik”. Doktrinaya görə, ABŞ Amerikanın işlərinə xarici müdaxiləyə yol verməməlidir. Respublikaçı bildirib ki, “Amerikanın Qərb yarımkürəsindəki gücü bir daha heç vaxt şübhə altında qalmayacaq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.