Tramp Maduronu tutmazdan əvvəl süni intelektdən soruşub –“Venesuela necə reaksiya verəcək?”

Tramp Maduronu ələ keçirməzdən əvvəl Grok-dan soruşub: “Venesuelalılar necə reaksiya verəcək?”

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin dekabrında, Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmə əməliyyatından əvvəl “Grok” süni intellekt çat-botundan venesuelalıların mümkün reaksiyası barədə soruşub.

“The Times”ın görüşdə iştirak edən məmura istinadən yaydığı məlumata görə, Tramp həmin vaxt İlon Maskın da iştirak etdiyi gizli görüşdə saatlarla “prezidentliyi və siyasi irsi” ilə bağlı Grok-a suallar verib.

Trampın suallarından biri ABŞ-ın Venesuela prezidentini ələ keçirməsi halında ölkə əhalisinin buna necə reaksiya verəcəyi ilə bağlı olub.

Grok Trampa nə cavab verib?

“The Times”ın mənbəsinin sözlərinə görə, Grok Maduronu “repressiv və son dərəcə qeyri-populyar diktator” kimi xarakterizə edib və bir çox venesuelalının onun hakimiyyətdən getməsini ehtimal ki, bayram edəcəyini bildirib.

Nəşrin mənbələri iddia edirlər ki, Tramp daha sonra Maduronu ələ keçirmək əməliyyatının keçirilməsinə göstəriş verib. Əməliyyatdan sonra isə ABŞ prezidentinin Grok-u “dahi bir şey” hesab etdiyi bildirilir.

Tramp süni intellektə xüsusi önəm verir

Bu hadisə ABŞ prezidentinin süni intellektdən siyasi və strateji məsələlər üzrə istifadə etməsi ilə bağlı müzakirələri də gündəmə gətirib.

Məlumata görə, Tramp sentyabr ayında süni intellektin adının “superintellekt” kimi dəyişdirilməsini təklif edib və ABŞ-ın sənaye inqilabından daha böyük olacağını düşündüyü bu texnologiyanın inkişafını “məhdudlaşdırmayacağını” bildirib.

Beləliklə, Trampın Grok-la bağlı bu görüşü süni intellektin yüksək səviyyəli siyasi və təhlükəsizlik məsələlərində məsləhət vasitəsi kimi istifadəsinin nə qədər genişlənə biləcəyinə dair yeni suallar yaradıb.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.