“Tramp Moskvanı vurmaqla hədələməyib, o, danışıqlarda ipək kimidir”- MEDVEDEV

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı Moskvaya zərbə endirəcəyi ilə hədələməyib.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Doğrudanmı o, “lənətə gəlmiş Moskvanı vuracağına” söz vermişdi? Əlbəttə, yox. Ümumiyyətlə, o, danışıqlarda ipək kimidir”, – Medvedev bildirib.

Qeyd edək ki, Tramp “The Wall Street Journal”ın redaksiya heyəti ilə görüşündə Rusiya prezidenti Vladimir Putini Ukraynanı təqib etməməyə çağırdığını və onu Moskvaya zərbə endirməklə hədələdiyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.