Tramp polad və alminiumla bağlı rusumları 50 faizə qaldırdı

Tramp
Tramp

Tramp polad və alüminium idxalına rüsumları ikiqat artıraraq 50 faziə çatdırıb.

AzPost bildirir ki, ABŞ prezidentinin sərəncamı Ağ Evin saytında dərc edilib.

Sənəddə deyilir ki, mart ayında tətbiq edilən tariflər Amerika sənayesinə davamlı inkişaf və milli müdafiə ehtiyacları üçün lazım olan istehsal gücünə nail olmağa hələ imkan verməyib.

Tramp deyib ki, tariflərin artırılması bu sənayelərə daha çox dəstək verəcək və idxal olunan polad və alüminium məhsulları və onların törəmələri ilə bağlı milli təhlükəsizlik təhdidini azaldacaq və ya aradan qaldıracaq.

Tramp mart ayında polad və alüminiuma 25 faizlik rüsumlar elan edib və aprel ayında qüvvəyə minib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.