Tramp prezident Maduronun saxlanmasının detallarını açıqladı

Nikolas Maduro və onun arvadının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib, “Delta Force”un bir neçə hərbçisi yaralanıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib. ABŞ lideri deyib ki, Maduro və həyat yoldaşı Nyu-Yorka aparılacaq, hazırda onlar ABŞ xüsusi təyinatlılarının çatdırdığı gəmidədirlər: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.

Trampın sözlərinə görə, ordu bir neçə gün gözləmə rejimində olub və Maduronun saxlanılması üçün ideal hava şəraitini gözləyib.

“Komanda inanılmaz iş gördü. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, – Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, əməliyyatı Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib və Vaşinqton Venesuelaya qarşı ikinci zərbə dalğası da keçirə bilər, lakin hazırda buna ehtiyac yoxdur.

ABŞ-ın bu əməliyyata görə Çinlə problem yaşamayacağını deyən Tramp, Pekinin “neft alacağını” qeyd edərək sözlərini yekunlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.