Tramp Putinə iki həftə vaxt verib –"Hər şeyi məhv etmək istəmirəm"

Donald Tramp
Donald Tramp

Vaşinqton iki həftə ərzində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda gələcək taktikası barədə qərar verəcək.

AzPost bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Dövlət başçısı qeyd edib ki, bu qərar daha çox Rusiyanın davranışından asılı olacaq. “İki həftə ərzində Putinin bizi aldadıb-aldatmadığını deyə biləcəyəm. Əgər belədirsə, biz fərqli reaksiya verəcəyik. Cənab Vitkoff indi onlarla fəal işləyir, fenomenal iş görür. Görünür, onlar hansısa razılaşmaya hazırdırlar. Amma hələ heç nə imzalanmayıb, danışmaq tezdir”, – Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Amerika prezidenti əlavə edib ki, Vladimir Putinin həqiqətən də münaqişənin sona çatmasında maraqlı olub-olmadığını indi dəqiq deyə bilməz. Eyni zamanda Tramp bir daha bəyan edib ki, Putin Ukraynanın dinc şəhərlərini vurmaqla “odla oynayır”. “Bir neçə gecə əvvəl baş verənlərdən (Ukraynanın mülki şəhərlərinə kütləvi hücumlar) insanların həlak olmasından çox məyus oldum”- deyə Tramp bildirib.

Diplomatik səylər kontekstində Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Vladimir Putinlə potensial görüşə açıq olduğunu bildirib.

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən niyə imtina etdiyi barədə suala Tramp belə izah edib: “Mən hiss edirəm ki, razılaşmaya yaxınıq. Hər şeyi məhv etmək istəmirəm”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.