Tramp Putinlə Budapeştdə görüşünü ləğv edib

ABŞ prezidenti Tramp Putinlə Budapeştdə görüşünü ləğv edib.

AzPost bildirir ki, o bu barədə NATO Baş katibi ilə görüşündə deyib.

Görüşü ləğv etdiyini deyən Tramp Putinlə “gələcəkdə” görüşəcəyini bildirib. Lakin belə bir görüşün hansı şərtlərlə mümkün olacağını açıqlamayıb.

Tramp deyib ki, istədiyi məqsədə çatmayacağına inandığı üçün görüşü ləğv edib, lakin gələcəkdə yenidən görüşəcəyinə əmindir.

“Hər dəfə Vladimirlə danışanda söhbət yaxşı gedir, amma bundan başqa heç nə olmur”-deyə Tramp vurğulayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.