Tramp qələbə, SEPAH 6 aylıq müharibə vəd edir –Nyu-York Tayms"

ABŞ artıq İranla müharibəyə təxminən 6 milyard dollar xərcləyib, lakin qələbənin necə olacağı hələ də məlum deyil.

Azpost.info bildirir ki, bu barədə “Nyu-York Tayms” nəşrinin təhlilində deyilir.

Nəşrin məlumatına görə, bu məbləğin təxminən 4 milyard dolları əsasən İran zərbələrini dəf etmək üçün raket əleyhinə raketlərə, əsasən də sursatlara xərclənib.

Bu dövrdə Amerika və İsrail qüvvələri İranda təxminən 4000 hədəfə zərbə endirib. Lakin NYT-nin ABŞ hökumətindəki mənbələrinə görə, Tehran hələ də raket arsenalının təxminən yarısını və dronlarının əhəmiyyətli bir hissəsini saxlayır.

Nəşr qeyd edir ki, Vaşinqton hələ də bu müharibədə qələbənin nədən ibarət olduğunu dəqiq anlayışı yoxdur. Trampın kampaniyanın məqsədləri ilə bağlı dəyişkən açıqlamaları qeyri-müəyyənliyi daha da artırır.

Bu arada, İran uzunmüddətli münaqişəyə hazır olduğunu iddia edir. SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini bildirib ki, ölkənin silahlı qüvvələri hazırkı hərbi əməliyyatların tempində ən azı altı ay intensiv müharibə apara bilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.