Tramp Qrenlandiya ilə bağlı sazişin yaradıldığını elan edib.
AzPost bildirir ki, bu barədə o, sosial şəbəəkədə yazıb.
ABŞ prezidenti NATO-nun baş katibi Mark Rutte ilə “çox məhsuldar” görüş keçirdiyini və bu görüşdə sazişin çərçivəsinin yaradıldığını bildirib.
“Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək saziş üçün əsas yaratdıq. Bu həll yolu tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq. 1 fevralda qüvvəyə minməsi nəzərdə tutulan tarifləri tətbiq etməyəcəyəm”.
ABŞ prezidenti Donald Tramp Qrenlandiyada Qızıl Günbəz milli raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsi üçün danışıqların aparıldığını elan edib: “Qrenlandiya ilə bağlı “Qızıl Günbəz”lə bağlı əlavə müzakirələr aparılır”, – deyə o yazıb.