Tramp Qrenlandiya və Venesuelanı ABŞ-ın tərkibinə “daxil etdi”

ABŞ prezidenti Donald Tramp növbəti dəfə iddialı bəyanatları ilə gündəmə gəlib və Avropa liderlərini istehzalı şəkildə “sancıb”. O, Truth Social sosial şəbəkəsində paylaşdığı fotoda Qrenlandiya, Kanada və Venesuelanı sanki ABŞ-ın bir hissəsi kimi təqdim edib. AzPost kanuda.ru saytına istinadla xəbər verir ki, sözügedən görüntüdə Trampın Ağ Evdə Avropa İttifaqı liderləri ilə görüşü də əks olunub.

Fotoda Tramp Oval kabinetdə masa arxasında əyləşib, onun qarşısında isə Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corca Meloni, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yer alır. Prezidentin arxa fonunda asılmış Şimali Amerika xəritəsində Kanada, Qrenlandiya və Venesuela ABŞ bayrağının rəngləri ilə boyanıb.

Bu, Trampın Qrenlandiyaya maraq nümayiş etdirdiyi ilk hal deyil. Daha əvvəl o, adada ABŞ bayrağını quraşdırdığı bir foto paylaşmışdı. Digər görüntülərdə isə Avropalı həmkarları ilə Qrenlandiya mövzusunu müzakirə etdiyi, arxa plandakı xəritədə adanın ABŞ bayrağı ilə işarələndiyi görünür. Tramp bu cür addımlarını “Amerikanı yenidən möhtəşəm etmək” istəyi ilə izah edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.